BAKI, 18 mart. TELEQRAF

“Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığım çox yaxşı və məhsuldar oldu”.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

ABŞ lideri rusiyalı həmkarı ilə telefon danışığının detallarını açıqlayıb: “Biz bütün enerji və infrastruktur sahələrində dərhal atəşkəsə razılaşdıq. Mən Prezident olsaydım, bu müharibə heç başlamazdı. Rusiya ilə Ukrayna arasındakı dəhşətli münaqişəyə son qoymaq üçün sürətlə çalışacağıq.

Sülh müqaviləsinin bir çox detalları, o cümlədən minlərlə hərbçinin həlak olması məqamları müzakirə edildi. Həm Prezident Putin, həm də Prezident Zelenski müharibənin sona çatmasını istəyirlər. Bu proses tam qüvvəyə minib və ümid edirəm ki, biz bütün bəşəriyyət adına bu məsələyə son qoyacağıq”.