BAKI, 19 mart. TELEQRAF

Moskvadan Novokuznetsk reysini həyata keçirən təyyarə qabaq şüşəsinin çatlaması səbəbindən hava limanına qayıdıb.

Teleqraf xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, təyyarə Şeremetyevodan havaya qalxıb və Moskvaya qayıdana qədər Yekaterinburqa qədər uçubmuş.

Uçuşun gecikmə müddəti və sərnişinlərin başqa təyyarəyə köçürüləcəyi barədə məlumat verilməyib.