
BAKI, 19 mart. TELEQRAF
Avropa Parlamentinin deputatı, Polşa prezidentliyinə namizəd Qjeqoj Braun Opole şəhərində LGBT sərgisini dağıdıb.
Teleqraf xəbər verir ki, bu barədə TVP Info məlumat yayıb.
Qara boya qutusu ilə silahlanmış Braun sərgidəki plakatları sprey boya ilə boyayıb və aşadıdakı cümləni yazıb: “İyrəncliyin təbliğatına son qoyun!”
Polisin siyasətçinin hərəkətlərinə müdaxilə etmədiyi qeyd edilir.