
BAKI, 19 mart. TELEQRAF
Rusiya və Amerika nümayəndələri danışıqların yeni mərhələsini keçirəcəklər.
Teleqraf xəbər verir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bunu "Fox News" telekanalına müsahibəsində bildirib.
Söhbət zamanı dövlət başçıları Vladimir Putin və Donald Tramp arasında əldə olunan razılaşmaların təfərrüatları müzakirə olunacaq .
O qeyd edib ki, danışıqlar bu bazar günü, martın 23-də baş tutacaq. Rusiya və ABŞ nümayəndələri Ciddədə görüşəcəklər. Görüşdə Ukraynada atəşkəsin təfərrüatları müzakirə olunacaq.