
GƏNCƏ, 19 mart. TELEQRAF
Gəncə şəhəri Tağı Arani küçəsində piyadaların vurulması ilə nəticələnən hadisənin bəzi təfərrüatları bilinib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, gecə saatlarında baş verən hadisə zamanı "Niva" markalı avtomobilin sürücüsü sözügedən küçədə salınan sosial binaların həyətinə musiqi ilə daxil olub.
Orada yaşayan şəxslərlə sürücü arasında mübahisə düşüb. Bu zaman sürücü avtomobili onların üzərinə sürüb.
Nəticədə hadisə zamanı 1979-cu il təvəllüdlü M.Qəhramanov, 1996-cı il təvəllüdlü E.Əkbərov, 2007-ci il təvəllüdlü N.Verdiyev və 2006-cı il təvəllüdlü M.Fətullayev Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma başlanılıb.
***
18 mart, 23:40
GƏNCƏ, 18 mart. TELEQRAF
Gəncədə üç piyadanı maşın vurub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Tağı Arani küçəsində, sosial binaların yaxınlığında qeydə alınıb.
Zərərçəkənlər - 1979- cu il təvəllüdlü E.Ələkbərov, 1996-cı il təvəllüdlü M.Qəhramanov və şəxsiyyəti hələlik dəqiqləşdirilməmiş bir şəxs - Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib.
Onların müalicələri davam edir.