BAKI, 18 mart. TELEQRAF

Azərbaycanda builki Ramazan ayının ilk Qədr (Əhya) gecəsi qeyd olunub.

Teleqraf xəbər verir ki, insanlar məscidlərə toplaşıb, namaz qılıb, dualar ediblər.

Ramazan ayının növbəti qədr gecələri isə 20, 22 və 26 mart tarixlərinə düşür.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb.

Martın 30-da isə fitr bayramı qeyd olunacaq.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramıdır.

Bakıda ilk Qədr gecəsindən fotoreportajı təqdim edirik: