
BAKI, 19 mart. TELEQRAF
Rusiya ABŞ-nin Ukraynada tam atəşkəslə bağlı təklifini rədd edib.
Teleqraf xəbər verir ki, bu barədə “RBC-Ukrayna” dövlət başçısı Volodimir Zelenskinin ofisindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, rəsmi Kiyev hazırda sülhə nail olmaq üçün növbəti addımlar üzərində işləyir: “Hazırda komanda səviyyəsində detalları dəqiqləşdiririk və tərəfdaşlarla birlikdə növbəti addımları atmağa hazırıq. Bu, effektiv ola biləcək yeganə yoldur”.