.jpg)
BAKI, 19 mart. TELEQRAF
Sabahdan - martın 20-dən Azərbaycanda Novruz tətili başlayır.
Teleqraf xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, 27-28 mart da istirahət günü hesab ediləcək.
29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür. Martın 30-u və 31-i Ramazan bayramı qeyd olunur.
Bununla da martın 20-dən ümumilikdə 12 gün tətil olacaq.
Aprelin 1-də isə iş başlayır.