BAKI, 19 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə söhbətinin qeyri-adi detalını açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp Rusiya prezidentinin ondan Ukraynaya silah tədarükünü dayandırmağı xahiş etmədiyini bildirib.

Ağ Ev rəhbəri bu barədə Fox News telekanalına müsahibəsində danışıb .

Tramp deyib: “Putin Ukraynaya yardımın dayandırılmasını tələb etməyib. Biz bu məsələni ümumiyyətlə müzakirə etməmişik".

Xatırladaq ki, martın 18-də iki ölkə rəhbəri arasında təxminən 2 saata yaxın telefon danışığı olub.