BAKI, 19 mart. TELEQRAF

Keçmiş dünya çempionu Mayk Tayson döyüşməkdən qorxacağı müasir boksçunun adını çəkib.

Teleqraf “Give Me Sport” nəşrinə istinadən xəbər verir ki, əfsanəvi amerikalı idmançı Devid Benavidesin döyüşünü çox bəyəndiyini etiraf edib.

Tayson deyib: “Mən Devidin özünü idarə etmə tərzini bəyənirəm. Bəzən onu qiymətləndirmirlər. Onunla döyüşməkdən qorxardım. Devidlə döyüşən heç kimin şansı yoxdur. Bu bir faktdır”.

Yada salaq ki, 28 yaşlı Devid peşəkar boksda 30 qələbə qazanıb, bunun da 24-ü nokautla olub. Benavides indiyə qədər heç bir döyüşdə uduzmayıb.