BAKI, 19 mart. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova Almaniya Xarici işlər naziri Annalena Berbokun BMT Baş Assambleyanın rəhbəri postuna namizəd irəli sürülməsinə münasibət bildirib.

Teleqraf xəbər verir ki, M.Zaxarova bu barədə Rusiya saytlarına danışıb.

XİN təmsilçisi almaniyalı nazirin sözügedən namizəd irəli sürülməsini qəribə saydığını deyib

Diplomat qeyd edib: "Babasının şücaətləri ilə öyünən nasist nəvəsini Qələbnin 80 illik yubileyi ərədəsində Baş Assambleyanın rəhbəri vəzifəsində görmək qəribə olacaq".