BAKI, 19 mart. TELEQRAF

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Abdukodir Xusanov Özbəkistanda sevgilisinə evlilik təklifi edib.

Teleqraf xəbər verir ki, özbək müdafiəçi bunun üçün dəbdəbəli mərasim təşkil edib.

Məlumata görə, mayın 27-də Xusanovun toyu olacaq. O, “Mançester Siti”nin bütün kollektivini toya dəvət edəcək.

Qeyd edək ki, Abdukodir Xusanov qış transfer pəncərəsində 40 milyon avro qarşılığında Fransa "Lans"ından "Mançester Siti"yə keçib. O, "şəhərlilər"lə meydana çıxdığı 8 oyunda 1 qolla yadda qalıb.