​​BAKI, 17 mart. TELEQRAF

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bu barədə Teleqraf-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 17-si gecə saat 01:25-dən gündüz saat 12:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı və Gorus rayonunun Dığ yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.