BAKI, 17 mart. TELEQRAF

Sabah Azərbaycanda Ramazan ayının ilk Qədr (Əhya) gecəsi olacaq.

Teleqraf xəbər verir ki, bu il ilk Qədr gecəsi martın 18-dən 19-a keçən gecəyə təsadüf edir.

Ramazan ayının növbəti qədr gecələri isə 20, 22 və 26 mart tarixlərinə düşür.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb.

Martın 30-da isə fitr bayramı qeyd olunacaq.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramıdır.