
BAKI, 17 mart. TELEQRAF
"Ənvər Həsənovun vəfatı Azərbaycan mədəniyyətinə böyük itkidir. Ən böyük faciə odur ki, itirdiklərimizin yeri dolmur".
Bunu Teleqraf-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov mərhum Xalq artisti Ənvər Həsənov haqqında danışarkən deyib.
"Ənvər Həsənov kimi kino xadimini itirmişiksə, ona belə münasibət bəsləyiriksə, sonra nə olacaq?! Ənvər Həsənova olan münasibət məni qane etmir. Bu, son məkan və son borcdur. 56 il Azərbaycan kino mədəniyyətinə xidmət edən adamı son mənzilə normal səviyyədə yola salmaq mümkün deyil?! Hər kəs yaxasını geri çəkməklə biz milli dəyərlərimizi itiririk. İçin-için ağlayıram. Ümid edirəm ki, nəslim məni ləyaqətlə dəfn edəcək", - deyə Xalq artisti vurğulayıb.