
BAKI, 17 mart. TELEQRAF
Rusiya hərbi qüvvələri Ukraynanın Sumı vilayətində irəliləyirlər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri Apti Alaudinov məlumat verib.
“Rusiya Müdafiə Nazirliyinin bölmələri hər gün irəliləyərək düşməni (Ukrayna hərbçiləri – red.) məhv edir. Qüvvələrimizin bir hissəsi artıq Sumı vilayətindədir və orada irəliləyirlər”, - qurum rəsmisi bildirib.
Xatırladaq ki, Ukrayna Dövlət Sərhəd Xidməti bundan əvvəl Rusiya qoşunlarının Sumı istiqamətində sərhədi yarmağa çalışdıqlarını açıqlamışdı.
Rusiya qoşunları 2022-ci il fevralın 24-də Ukraynaya irimiqyaslı hərbi müdaxilə zamanı da Sumı vilayətinə daxil olmuşdular. Amma Ukrayna ordusunun əks-hücumundan sonra geri çəkilmişdilər.