
GORANBOY, 17 mart. TELEQRAF
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun mərkəz ərazilərindən birində qeydə alınıb.
Kəlbəcər rayon sakini, 1991-ci il təvəllüdlü V.İ idarə etdiyi motorollerlə Goranboy şəhər sakini, 1985-ci il təvəllüdlü Z.H-nin idarə etdiyi “VAZ - 2104" markalı avtomobillə toqquşub. Nəticədə motorollerin sürücüsü xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti orta-ağırdır.