BAKI, 17 mart. TELEQRAF

Ölkə əhalisinin sayı ilin əvvəlindən 2935 nəfər və ya 0,03 faiz artaraq 2025-ci il fevral ayının 1-i vəziyyətinə 10227824 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.

Məlumata görə, əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.