
Bakı, 15 mart. TELEQRAF
"Süni intellektdən ölkənin digər əraziləri kimi işğaldan azad edilmiş regionlarda də tətbiq edilir"
Bunu Teleqraf-a açıqlamasında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov deyib.
O bildirib ki, Qarabağda prioritet sahələr arasında süni intellekt əsas yerlərdən birini tutur:
"Hər hansı fərq qoyulmur, Qarabağ və Şərqi Zəngəzurda prioritetlər sahəsində süni intellekt də var. Xəritələrin, şəhərlərin, həmçinin insanların gündəlik vərdişlərinin təhlili və sair sahələrdə tətbiq olunur. Bundan başqa, təhsil proqramlarının hazırlanmasına da köməklik göstərir. Bu, beynəlxalq təcrübədir. Dövlət və özəl sektorlar tərəfindən tətbiq sahəsi ilə bağlı araşdırmalar aparılır. Hazırda əsas fokuslandığımız sahə süni intellektin sənaye subyektlərində tətbiqidir ki, burada yeni resursların yaradılması, proseslərin sadələşdirilməsi, texnologiyanın geniş tətbiqi edilməsi, enerjinin istifadəsinin aşağı salınması kimi sahələrdə süni intellektin tətbiqi aparılır".
F.Cəfərov bildirib ki, beynəlxalq şirkətlərlə süni intellektin Azərbaycan tətbiqi sahəsində əməkdaşlıq gücləndirilir:
"4-cü sənaye inqilablarının təhlili və koordinasiyası mərkəzi olaraq dünya iqtisadi forumunun 4-cü Sənaye İnqilabı Mərkəzinə Azərbaycanda ev sahibliyi edirik. Biz böyük şirkətlərlə - "Google", "McKinsey", "TikTok", "Apple" və sair tərəfdaşlarla fərqli sahələrdə çalışırıq və onların təcrübəsini Azərbaycana gətiririk. Buradakı təcrübəmizi xarici universitetlərlə, institutlarla paylaşırıq. Həmçinin insan kapitalının inkişafında və texnologiyaların tətbiqi sahəsində də böyük əməkdaşlığımız var".