.jpg)
BAKI, 10 mart. TELEQRAF
Bolqarıstan hökuməti ölkənin hazırkı vəziyyətini milli təhlükəsizlik baxımından nəzərdən keçirərək, Qara dəniz qonşusu Rusiyanı “ən böyük təhlükə” elan edib.
Teleqraf xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.
Məlumata görə, milli müdafiə strategiyasını təsdiq edən hökumət sənəddə ölkənin müdafiəsinin NATO-nun kollektiv müdafiəsi kontekstində və Avropa İttifaqının Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində həyata keçiriləcəyini bildirib.
Bu arada Bolqarıstan Milli Radiosunda (BNR) "Bolqarıstan və region üçün əsas təhlükə Rusiyadır" ifadəsi də işlədilib.