BAKI, 2 mart. TELEQRAF

Martın 3-ü gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu Teleqraf-a barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Goranboy, Daşkəsən, Laçın, Kəlbəcər, Zəngilan, Qobustan, Neftçala, Yardımlı, Lerik, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Qusar, Naxçıvan, Culfa və Ordubadda fasilələrlə qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.