BAKI, 28 fevral. TELEQRAF

Bu gün Məhkəmə Hüquq Şurası və Hakimlər İttifaqının birgə təşkilatçılığı ilə ilk dəfə Azərbaycan Hakimlərinin Forumu keçirilir.

Teleqraf xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü, Azərbaycan Hakimlər İttifaqının sədr müavini Sənan Hacıyev deyib.

O bildirib ki, forumun əsas məqsədi məhkəmə hakimiyyətində həyata keçirilən islahatlar barədə hakimləri məlumatlandırmaqdır:

“Həmçinin bu forumda məqsəd cəmiyyətimizi ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyəti barədə məlumatlandırmaqdan ibarətdir.

Hakim korpusu birlikdə toplanaraq ədalət mühakiməsinin müxtəlif istiqamətləri üzrə - cinayət, mühakimə, mülki, kommersiya və inzibati işlər üzrə mövcud problemləri, ədalət mühakiməsinin səmərəliliyinin artırılması yollarını və bu yöndə görülməli işlər barədə müzakirələr aparılacaq. Vətəndaşları narahat edən məsələlər də hakim korpusu arasında müzakirə oluncaq".

Sənan Hacıyevin sözlərinə görə, Məhkəmə Hüquq Şurası növbəti illərdə bu forumun silsilə şəklində keriçirilməsini məqsədəuyğun sayır.