.jpg)
BAKI, 18 fevral. TELEQRAF
“Prezident Donald Tramp ABŞ-nin keçmiş dövlət katibi Henri Kissencerin Ukrayna ilə bağlı planını icra edir”.
Bunu Teleqraf-a açıqlamasında Türkiyənin tanınmış tarixçi alimi, professor İlber Ortaylı deyib.
O, hazırda dünyada baş verən proseslərlə bağlı sualı cavablandırıb. Alimin fikrincə, Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı ortaya qoyduğu yanaşmanın tarixi kökləri var:
“Bu planı ABŞ-nin keçmiş dövlət katibi Henri Kissencer ortaya atıb. Plana görə, Ukraynanın şərqi Rusiyaya verilməlidir. Tramp da bunu tətbiq edir. Bu, Kissencerin taktikası idi. Çinə qarşı Rusiyanı aradan qaldırmaq istəmirlər. Hesab edirlər ki, Çinə qarşı Rusiya güclü olmalıdır. Bu planı biz də dəstəkləyə bilərik”.