BAKI, 11 fevral. TELEQRAF

Gürcüstanın Kaspi rayonunun azərbaycanlılar yaşayan Çanqilari kəndində 50 yerliq uşaq bağçası açılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, təlim-tərbiyə müəssisəsi Çanqilari ilə yanaşı azərbaycanlıların yaşadıqları qonşu Ferma kəndinin uşaqları üçün də nəzərdə tutulub.

Kaspi bələdiyyəsindən bildirilib ki, bu günə qədər uşaq bağçası üçün ayrıca bina mövcud olmayıb. Layihə Bələdiyyələrin İnkişafı Fondunun vəsaitli hesabına həyata keçirilib.

Bina müasir standartlara tam cavab verir və fikizi məhdudiyyətli şəxslər üçün də adaptasiya olunub. Layihə çərçivəsində həyət və əyləncə meydançası da yaradılıb.

Bağçanın açılış mərasimində Kaspi bələdiyyəsinin meri Vaxtanq Maysuradze, Şida Kartli bölgəsinin qubernatoru Levan Xarabadze və digər rəsmi şəxslər iştirak ediblər. Mer müəllimləri və uşaqları yeni binaya yerləşmələri münasibətilə təbrik edib və onlara uğurlu tədris ili arzulayıb.