Bakının Beton yolunda hərəkət məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Teleqraf.com-a verilən məlumata görə, “Azəryolservis” ASC-dən bildiriblər ki, bu gün saat 11:00-dan etibarən, Gəncə prospektindən Hövsan dairəsinə kimi Beton yolda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır.

Səbəb yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsidir.