Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Milli Günü münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkəsində paylaşım edilib.

Paylaşımda deyilir:

“Qardaş Pakistan İslam Respublikasının Milli Günü münasibətilə Pakistan hökumətinə və xalqına ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq”.