Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev vəzifəsindən azad olunub və başqa sərəncamla Bəhruz Quliyev Dövlət Gömrük Komitəsinə yeni sədr müavini təyin edilib.
Teleqraf.com xəbər verir ki, Quliyev Bəhruz Faiq oğlu 1981-ci ildə Tovuz rayonunda anadan olub. Bir müddət əvvələ qədər o, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsini tutub. Daha sonra Dövlət Gömrük Komitəsi gömrük-sərhəd buraxılış məntəqələrinin işinin təşkili baş idarəsinin rəisi vəzifəsini daşıyıb.
Uşaq ikən atasının dünyasını dəyişdiyi və DTK-nın yüksək rütbəli zabiti olan əmisi Eldar Quliyevin himayəsində böyüdüyü bildirilən 41 yaşlı B.Quliyev 2022-ci ilə qədər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb.
O, Dövlət Gömrük Komitəsinin sabiq rəisi Səfər Mehdiyevin əmri ilə tutduğu vəzifədən uzaqlaşdırılıb.