BAKI, 9 iyun. TELEQRAF

2026–2027-ci tədris ili üzrə ölkənin lisey və gimnaziyalarına elektron sənəd qəbulu prosesinə start verilir.

Teleqraf xəbər verir ki, qəbul mərkəzləşdirilmiş imtahan əsasında həyata keçiriləcək.

Qeydiyyat 9–19 iyun tarixlərində aparılacaq. Qeydiyyat www.sy.edu.az platforması üzərindən həyata keçirilir.