BAKI, 10 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus "Apache" helikopterinə edilən hücuma görə İrana qarşı güclü cavab tədbirlərinin görülməsinin vacib olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə "ABC News" telekanalına müsahibəsində danışıb.

Trampın sözlərinə görə, Vaşinqton artıq hadisəyə cavab verməyə başlayıb.

"Mən hesab edirəm ki, cavab vermək çox vacibdir. Onlar helikopteri vurublar və biz hazırda buna cavab veririk. Bu, ötən gecə bizim helikopterimizə qarşı etdiklərinə cavabdır və düşünürəm ki, bu cavab çox güclü, çox sərt olmalıdır", - deyə ABŞ Prezidenti bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın vurduğu bildirilən "Apache" helikopteri ilə bağlı insidentdən sonra İrana qarşı zərbələr endirməyə başladığını açıqlamışdı.