BAKI, 10 iyun. TELEQRAF

İran Hörmüz boğazı üzərində Amerika helikopterini vurmaq niyyətində deyildi.

Teleqraf xəbər verir ki, bunu Əl-Ərəbiyyə televiziyası iddia edib.

Bildirilib ki, Tehran vasitəçilərə hadisənin "qeyri -ixtiyari" və "Hörmüz boğazı ətrafında gərginlik səbəbindən" baş verdiyini bildirib. Əl-Ərəbiyyə mənbələrinin vurğuladığı kimi, İran tərəfi ABŞ ilə danışıqlardan imtina etmir və diplomatik variantları davam etdirmək niyyətindədir.

9 iyun səhəri ABŞ Hərbi Hava Qüvvələrinə məxsus AH-64 Apaçi hücum helikopterinin Hörmüz boğazı yaxınlığında qəzaya uğradığı bildirildi. Daha sonra ABŞ prezidenti Donald Tramp İranın helikopteri vurduğunu açıqladı və İslam Respublikasına qarşı cavab tədbirləri görəcəyinə söz verdi.