BAKI, 9 iyun. TELEQRAF

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Teleqraf xəbər verir ki, paytaxt təmsilçisi cənubi afrikalı müdafiəçi Eyden Makkarti ilə müqavilə imzalayıb.

22 yaşlı futbolçu ilə 3+1 illik sözləşmə bağlanıb. Mərkəz müdafiəçisi Cənubi Afrika Respublikasının “Kayzer Çifs” klubundan transfer edilib.

Makkarti “Kayzer Çifs”in yetirməsidir. Gənc futbolçu həmçinin CAR-ın U-23 millisinin də üzvüdür.