BAKI, 9 iyun. TELEQRAF
“Turan Tovuz” yay transfer dövründə ilk keçidini rəsmiləşdirib.
Teleqraf xəbər verir ki, bölgə təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Dioqo Balau ilə müqavilə imzalayıb.
26 yaşlı futbolçu ilə 2 illik sözləşmə bağlanıb.
Son olaraq “Şamaxı”nın formasını geyinən Balau ötən mövsüm Azərbaycan Premyer Liqasında 31 oyuna çıxıb. O, bu matçlarda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Dioqo Balau “Turan Tovuz”un yay transfer dövründə ilk transferidir.