BAKI, 9 iyun. TELEQRAF
Azərbaycan millisi yoldaşlıq oyununda San-Marino ilə qarşılaşıb.
Teleqraf xəbər verir ki, görüş yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda baş tutan matçda hesabı meydan sahibləri açıblar. San Marino millisinin heyətində Nikola Nanni 9-cu dəqiqədə fərqlənib.
Azərbaycan yığması 28-ci dəqiqədə tarazlığı bərpa edib. Rəhman Daşdəmirov dəqiq zərbə ilə hesabı bərabərləşdirib.
İkinci hissədə millimiz önə keçib. Renat Dadaşov 50-ci dəqiqədə rəqib qapısına yol taparaq komandamıza qələbə qazandırıb.