BAKI, 10 iyun. TELEQRAF
İranın cənubunda yerləşən liman şəhəri Bəndər-Abbasda bir neçə partlayış səsi eşidilib.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.
"Bəndər-Abbasda bir neçə partlayış baş verib", - məlumatda bildirilib.
Partlayışların səbəbi və mümkün nəticələri barədə hələlik rəsmi məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl Axios portalının jurnalisti Barak Ravid ABŞ-ın İrana qarşı üçüncü hücum dalğasına başladığını bildirmişdi.