BAKI, 9 iyun. TELEQRAF

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində qrupdakı son matçını keçirib.

Teleqraf xəbər verir ki, yığmamız səfərdə Şimali Makedoniya ilə qarşılaşıb.

Görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamız ilk hissədə vurduğu qollarla üstünlüyü ələ alıb və fasilədən sonra hesabı qoruyaraq meydanı qələbə ilə tərk edib.

Millimizin heyətində qolları 8-ci dəqiqədə Kristina Bakarandze, 28-ci dəqiqədə Mələk Mollayeva və 37-ci dəqiqədə Nigar Mirzəliyeva vurublar.

Qeyd edək ki, Azərbaycan millisi bu oyunla seçmə mərhələdəki qrup mübarizəsini başa vurub.