BAKI, 10 iyun. TELEQRAF

“Fənərbağça” sabiq futbolçusu Vedat Muriqini heyətinə qatmağa hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

İstanbul təmsilçisi kosovolu hücumçunun transferi üçün “Malyorka” ilə razılığa gəlib. Keçidin 15 milyon avro qarşılığında baş tutacağı bildirilir.

Muriqi “Fənərbağça” ilə şəxsi müqavilə şərtlərində də razılığa gəlib. Transferin rəsmiləşməsi üçün yalnız formal prosedurların tamamlanması qalıb.

Qeyd edək ki, Vedat Muriqi 2019–2020-ci illərdə də “Fənərbağça”da çıxış edib.