
Mütəxəssislər elmi araşdırmalara əsaslanaraq insanda təfəkkürün səviyyəsini artıran qidaların adını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, alimlər həyatımız boyu zehnimizi daim işlətmək və inkişaf etdirmək məcburiyyətində olduğumuzu qeyd edirlər.
Onların fikrincə, qidalanma zamanı alışdığımız yeməkləri dəyişərək zehnimizi gücləndirə bilərik. Zehni işlədən, zəkanı gücləndirən qidalar aşağıdakılardır:
Kartof qanda şəkəri nizamlı şəkildə yüksəldir, buna görə də zəka daha məhsuldar işləyir.
Hər gün nizamla səhər yeməyi yeyən insanların başqalarına nisbətən daha bacarıqlı olduğu ortaya çıxıb. Çətin bir günə başlayarkən pendir, süd, yumurta kimi protein tərkibli qidalar şirinçay və çörəklə müqayisədə daha yaxşı nəticə verir.
Yağsız qırmızı ət bolluca dəmir anbarıdır. Xüsusilə sağlam qırmızı qan hüceyrələri üçün əvəzolunmaz qidadır. Beynin inkişafına da böyük faydası var.
Qırmızı soğan da hafizəni inkişaf etdirən və unutqanlığın qarşısını alan maddələrlə zəngindir. Eyni zamanda folik turşusunun qaynağıdır.