BAKI, 25 may. TELEQRAF

Aprel ayında əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb.

Bu barədə Teleqraf-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2026-cı ilin aprel ayı ərzində əlilliyə görə 248 009 nəfər şəxs pensiya, 225 448 nəfər şəxs aylıq müavinət, 92 750 nəfər şəxs isə Prezident təqaüdü alıb.