BAKI, 9 iyul. TELEQRAF
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən bu ilin birinci yarımilində 25,3 min şəxsə əlillik təyin edilib.
Bu barədə Teleqraf-a ƏƏSMN-nın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Onlardan 10,9 min şəxsə ilkin, 14,4 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.
Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, tibb müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.
Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.