BAKI, 20 iyul. TELEQRAF

Dövlət uşaq müəssisələrindən məzun olmuş əməkqabiliyyətli şəxslər üçün fərdi məşğulluq proqramının hazırlanması planlaşdırılır.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planında öz əksini tapıb.

Qeyd olunub ki, fərdi məşğulluq proqramına uyğun olaraq şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi nəzərdə tutulur.