BAKI, 2 iyul. TELEQRAF

Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint”–Ambulator Reabilitasiya Məntəqəsi tərəfindən ötən dövrdə əlilliyi olan 4 minədək şəxsə reabilitasiya xidmətləri göstərilib.

Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Məntəqə 2023-cü ilin dekabrın 1-də fəaliyyətə başlayıb və bölgədə yaşayan əlillliyi olan şəxsləri ambulator şəraitdə müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri ilə təmin edir.

Onlar ehtiyac duyduqları reabilitasiya vasitələrini də bu məntəqədən əldə edirlər. İndiyədək “RehaPoint” Məntəqəsində əlilliyi olan 400-dən çox şəxsə 10 mindən çox reabilitasiya vasitəsi verilib.