BAKI, 30 yanvar. TELEQRAF
2025-ci ilin dekabr ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 877,7 min nəfərdən çox olub.
Bu barədə Teleqraf-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, onların 471,1 min nəfərdən çoxunu aylıq sosial müavinət, 406,6 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.