BAKI, 4 oktyabr. TELEQRAF

Cəbrayıl rayonuna köçürülmüş sakinlərdən 1 000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub.

Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, artıq 1 020-dən çox sakinin məşğulluğu təmin edilib. Onlardan 910 nəfəri rayon ərazisində işlə təmin olunub, o cümlədən 50-dək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulub.

Eyni zamanda, 112 şəxs üçün əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kursları təşkil edilib və təlimləri uğurla başa vuran sakinlər müvafiq iş yerləri ilə təmin olunublar.

Qeyd edilib ki, Cəbrayıl rayonuna köçürülmüş sakinlərin daha bir qrupunun məşğulluğunun təmin edilməsi istiqamətində işlər hazırda da davam etdirilir.