BAKI, 19 noyabr. TELEQRAF
Azərbaycanda işsiz şəxslərin sosial müdafiəsi məqsədi ilə ödənilən işsizlikdən sığorta ödənişinin əlçatanlığı artırılıb.
Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "İmkanlar və İnam": Dövlət-Biznes Əməkdaşlığı Forumunda çıxışında deyib.
O bildirib ki, növbəti ildə bu ödənişlə əhatə olunanların sayı son illərlə müqayisədə 4 dəfədən çox artaraq 16 min nəfər təşkil edəcək.
"Bu məqsədlə ayrılan vəsaitin məbləği isə 10 dəfədən çox artaraq 36 milyon manat təşkil edəcək", - nazir vurğulayıb.