BAKI, 15 yanvar. TELEQRAF
Hazırda Azərbaycanda 1 milyon 98 min 651 nəfər pensiya alır.
Teleqraf xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə ölkədə pensiyaçıların sayı sabit qalıb.
O həmçinin bildirib ki, ötən il orta aylıq pensiya 9 faiz artaraq 543 manata yüksəlib.
"Yaşa görə orta aylıq pensiya isə 578 manata çatıb. Pensiyalarda artım dinamikası bu il də davam edəcək", - Z.Mirzəyev qeyd edib.