BAKI, 22 oktyabr. TELEQRAF
Müdafiə xərcləri üçün dövlət büdcəsindən ayrılan vəsaitlər illik 29 dəfə artırılaraq 8.4 milyard manata çatdırılıb.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusunda elmi-praktik konfransda maliyyə nazirinin müavini Azər Bayramov deyib.
O bildirib ki, 2005-2025-ci illərdə dövlət büdcəsindən yalnız müdafiə xərclərinə 58 milyard manat vəsait yönəldilib:
"Bu xərclər ordumuzun qüdrətini gücləndirib və 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin parlaq qələbə qazanmasına öz töhfəsini verib".