BAKI, 27 oktyabr. TELEQRAF
Çin sivilizasiyası sülhsevərliyi və digər sivilizasiyalara hörməti ilə seçilir.
Teleqraf xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum çərçivəsində Bakıda keçirilən “Tərəfdaşlıqdan birgə fəaliyyətə: süni intellekt dövründə mədəniyyətlərarası dialoq naminə qlobal qarşılıqlı fəaliyyətin gücləndirilməsi” mövzusunda xüsusi birgə sessiyada deyib.
"Çinin təşəbbüsü və təklifi ilə iyunun 10-u Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü elan olunub və bu təşəbbüs BMT tərəfindən qəbul edilib", - səfir əlavə edib.