BAKI, 27 oktyabr. TELEQRAF

Xəzər dənizində su səviyyəsinin azalması narahatlıq doğurur. Bu problemin həlli üçün beş Xəzəryanı ölkənin əməkdaşlığı çox vacibdir.

Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum çərçivəsində Bakıda keçirilən “Tərəfdaşlıqdan birgə fəaliyyətə: süni intellekt dövründə mədəniyyətlərarası dialoq naminə qlobal qarşılıqlı fəaliyyətin gücləndirilməsi” mövzusunda xüsusi birgə sessiyada deyib.

"Xəzər dənizi əsrlər boyu xalqları birləşdirən hövzə olub. Buna görə də ekoloji problemlərin həlli ölkələr arasında əməkdaşlığın gücləndirilməsi ilə mümkündür",- deyə Ş.Mustafayev əlavə edib.