BAKI, 6 oktyabr. TELEQRAF
Qanun layihəsində məlumat verən şəxslər üçün “vicdanlılıq prezumpsiyası” nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin payız sessiyası üzrə birgə keçirilən iclasında əksini tapıb.
Belə ki, şəxs məlumatın doğru və ya dəqiq olmadığını bilməyibsə və bunu bilməsi üçün obyektiv imkanı olmayıbsa, yalan və ya böhtan xarakterli məlumatı qəsdən verməsi təsdiqlənməyibsə, onun müdafiəsi təmin ediləcək.
Layihəyə əsasən, məlumatın sonradan doğru olmadığı müəyyənləşsə belə, şəxs əhəmiyyətli yanılmanın təsiri altında hərəkət edibsə, qanunla nəzərdə tutulmuş müdafiə tədbirlərindən istifadə edə biləcək.