BAKI, 23 sentyabr. TELEQRAF
Daşkəsən dəmir filizi yataqları əsasında Qərb Sənaye Parkında Pellet və İsti Briketlənmiş Dəmir (İBD) zavodlarının qurulması ilə illik 2 milyon ton İBD istehsal gücü yaradılacaq.
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, dəmir filizi konsentratının Zənginləşdirmə zavodundan Pellet zavoduna nəqli üçün 45 km uzunluğunda boru kəməri qurulacaq, zavodun fasiləsiz qaz təchizatı üçün isə "Qazıməmməd-Qazax" magistral qaz kəmərinin I xəttinin 69 km-lik hissəsi əsaslı təmir ediləcək.